“Yuventus” səfərdə, “Sevilya” evdə uduzdu

18 Fevral 2021 01:55 Çempionlar Liqası 840
“Yuventus” səfərdə, “Sevilya” evdə uduzdu

Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, Portuqaliyada "Portu" ilə qarşılaşan İtaliya "Yuventus"u gözlənilmədən uduzub - 1:2.

Meydan sahiblərinin heyətində 2-ci dəqiqədə Mehdi Taremi, 46-cı dəqiqədə Mussa Mareqa fərqləniblər. Turin klubunun yeganə qoluna isə 82-ci dəqiqə Federiko Kyeza imza atıb.

Gecənin digər matçında Almaniyanın "Borussiya" (Dortmund) klubu İspaniyada Avropa Liqasının son qalibi "Sevilya"nı 3:2 hesabı ilə məğlub edib.

Görüşdə hesabı 7-ci dəqiqədə Susonun qolu ilə meydan sahibləri açıblar. Daha sonra qonaqların heyətində Erlinq Holann het-trik edib.

21 yaşlı norveçlı hücumçu 19, 27 və 43-cü dəqiqələrdə rəqibi cəzalandırıb. Qarşılaşmada son nöqtəni isə 84-cü dəqiqədə La Liqa klubunun forvardı Lük de Yonq qoyub.

Bu komandalar arasında cavab matçları martın 9-da keçiriləcək.

“Portu” (Portuqaliya) - “Yuventus” (İtaliya) 2:1
Qol: Taremi, 2. Mareqa, 46 – Kyeza, 83.
Portu, “Draqau”. Baş hakim: Karlos del Serra (İspaniya)

“Sevilya” (İspaniya) - “Borussiya” (Dortmund, Almaniya) 2:3
Qol: Suso, 7. De Yonq, 84 – Dahud, 19. Haland, 27; 43.
Sevilya, “Ramon Sançes Pisxuan”. Baş hakim: Danni Makkeli (Niderland)

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"