"Mən yalan deyə bilərəm, vəsiqə şansımız çox azdır"

17 Fevral 2021 15:40 Çempionlar Liqası 604
"Mən yalan deyə bilərəm, vəsiqə şansımız çox azdır"

"Barselona"nın baş məşqçisi Ronald Kuman komandasının Çempionlar Liqasının 1/4 finalına vəsiqə şanslarından danışıb.

Sportinfo.az xəbər verir ki, niderlandlı mütəxəssis bu barədə evdə PSJ-yə 1:4 hesabı ilə uduzduqları 1/8 final mərhələsinin ilk oyunundan sonra açıqlama verib.

"Mən yalan deyə bilərəm, amma öz meydanımızda 1:4 hesablı məğlubiyyətdən sonra növbəti raunda vəsiqə şanslarımız çox azdır. Bu matç əyani göstərdi ki, öz hədəflərimizə nail olmaqdan ötrü çox işləməliyik, xüsusən Çempionlar Liqasında", - baş məşqçi deyib.

Çempionlar Liqasının 1/8 final mərhələsində “Barselona” "Nou Kamp"da Fransa çempionu PSJ-ni qəbul edib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 4:1.

Hesabı meydan sahibləri açsa da, "Barselona"nın sevinci uzun sürməyib. 32-ci dəqiqədə Kilian Mbappe bərabərlik qolunu vurub.

Fransalı hücumçu 65-ci dəqiqədə PSJ-ni önə çıxarıb. 70-ci dəqiqədə Moyze Kin PSJ-nin üçüncü qolunu vurub. 85-ci dəqiqədə isə Mbappe het-trik edərək, oyunda son nöqtəni qoyub.

Digər Xəbərlər
Xəbər Lenti