Çempionlar Liqasının yeni topu budur - FOTOLAR

16 Fevral 2021 02:24 Çempionlar Liqası 560
Çempionlar Liqasının yeni topu budur - FOTOLAR

UEFA Çempionlar Liqasının yeni topunu nümayiş etdirib.

Sportinfo.az xəbər verir ki, "Adidas" firmasının hazırladığı toplar 1/8 final mərhələsindən istifadə olunmağa başlayacaq.

Bu, "ulduzlu top"un ikonik dizaynının 20 illiyi münasibətilə hazırlanıb.

Fevralın 16-da Çempionlar Liqasının "Leyptsiq" (Almaniya) - "Liverpul" (İngiltərə), "Barselona" (İspaniya) - PSJ (Fransa), fevralın 17-də "Sevilya" (İspaniya) - "Borussiya" (Dortmund, Almaniya), "Portu" (Portuqaliya) - "Yuventus" (İtaliya), fevralın 23-də "Latsio" (İtaliya) - "Bavariya" (Almaniya), "Atletiko" (İspaniya) - "Çelsi" (İngiltərə), fevralın 24-də isə "Borussiya" (Mönhenqladbax, Almaniya) - "Mançester Siti" (İngiltərə), "Atalanta" (İtaliya) - "Real Madrid" (İspaniya) görüşləri keçiriləcək. Cavab oyunları 9-10 mart və 16-17 martda olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!