"Real" matça bir neçə itki ilə çıxacaq - Çempionlar Liqasında

15 Fevral 2021 18:40 Çempionlar Liqası 735
"Real" matça bir neçə itki ilə çıxacaq - Çempionlar Liqasında

"Real" İtaliyada "Atalanta"ya qarşı Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk matçına itkilərlə çıxacaq.

Sportinfo.az xəbər verir ki, son olaraq "kral klubu"nun heyətində Daniel Karvahal zədələnib.

29 yaşlı cinah müdafiəçisi La Liqanın XXIII turunda "Valensiya"nı 2:0 hesabı ilə məğlub etdikləri görüşdə sıradan çıxıb.

Bundan əlavə, baş məşqçi Zinəddin Zidan əməliyyat olunmuş kapitan Serxio Ramosun xidmətindən yararlana bilməyəcək. Madrid təmsilçisində həmçinin, Marselo, Rodriqo, Federiko Valverde, Eder Militau, Alvaro Odriosola və Eden Azar zədəlidir.

Fevralın 23-də keçiriləcək "Atalanta" - "Real Madrid" oyunu Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!