UEFA Azərbaycan klublarını ÇL-ə buraxmayacaq?

6 Fevral 2021 13:40 Çempionlar Liqası 1 225
UEFA Azərbaycan klublarını ÇL-ə buraxmayacaq?

UEFA fevralın 9-da Çempionlar Liqasının (ÇL) yeni formatını quruma üzv olan milli assosiasiyalara təqdim etməyə hazırlaşır.

Sportinfo.az xəbər verir ki, qitə futbol qurumu turnirdəki mümkün dəyişiklikləri İcraiyyə Komitəsinin apreldə keçiriləcək iclasında təsdiqləməyi planlaşdırır.

Daha əvvəl "The Telegraph" nəşri ÇL-də iştirakçı sayının 32-dən 36-ya yüksəldiləcəyini yazıb. İddiaya görə, qrup mərhələsi ləğv olunacaq.

Çempionlar Liqasına birbaşa vəsiqə yalnız turnirin əvvəlki qalibinə veriləcək. Hər komandanın fərqli rəqiblərə qarşı 10 oyun keçirəcəyi gözlənilir. Bunların 5-i səfərdə, 5-i isə evdə olacaq.

Bundan sonra turnir cədvəli formalaşacaq. 10 turdan sonra ilk "8-lik"də qərarlaşan komandalar 1/8 finala adlayacaqlar. Bu raundun digər iştirakçılarını isə 9-cu və 24-cü pillələr arasında yer alan klublar müəyyənləşdirəcəklər. Dəyişikliklər 2024-cü ildə qüvvəyə minə bilər.

Digər Xəbərlər
Xəbər Lenti