
Bu ilin fevralında Qətərdə təşkil olunacaq klublararası dünya çempionatının püşkatma mərasimi keçirilib.
Sportinfo.az xəbər verir ki, İsveçrənin Sürix şəhərində baş tutan tədbirdə 1/4 final, yarımfinal və finalda üz-üzə gələcək cütlüklər müəyyənləşib.
Çempionlar Liqasının son qalibi olan "Bavariya" mübarizəyə yarımfinaldan başlayacaq. Həmçinin Libertadores Kubokunun qalibi (Braziliyanın "Palmeyras" və ya "Santos" klubu) də birbaşa bu raunda vəsiqə qazanacaq.
Turnirin son qalibi İngiltərənin "Liverpul" klubudur.
4 fevral
1/4 final mərhələsi
"Tiqres" (Meksika) - "Ulsan" (Cənubi Koreya)
"Əl-Duhail" (Qətər) - "Əl-Əhli" (Misir)
Yarımfinal
7 fevral
Libertadores kubokunun qalibi - "Tiqres" / "Ulsan" cütünün qalibi
8 fevral
"Bavariya" - "Əl-Duhail" / "Əl-Əhli" cütünün qalibi
Final11 fevral