“Qarabağ” Çempionlar Liqasının ən yaxşı 100 klubu arasında

25 Dekabr 2020 20:20 Çempionlar Liqası 954
“Qarabağ” Çempionlar Liqasının ən yaxşı 100 klubu arasında

UEFA bütün dövrlərin ən yaxşı klubunun adını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, Reytinq komandaların Çempionlar Liqasındakı (Çempionlar Kuboku) iştirakına görə müəyyənləşib.

1955-2020-ci illəri əhatə edən siyahıya “Real” başçılıq edir. Növbəti iki yerdə “Bavariya”i və “Barselona” qərarlaşıb.

Həmçinin “Mançester Yunayted”, “Liverpul” (hər ikisi İngiltərə), “Yuventus” , “Milan” (hər ikisi İtaliya), “Benfika”, “Portu” (hər ikisi Portuqaliya) və “Ayaks” (Hollandiya) ilk 10 komanda sırasına düşüb.

Ümumilikdə 526 klubun olduğu siyahıda Azərbaycanın yeddi klubu da var. Bunlardan “Qarabağ” ilk “100-lük”dədir.

78. “Qarabağ”
171. “Neftçi”
271. “Bakı”
297. “Keşlə”
398. “Şəmkir”
399. “Kəpəz”
426. “Xəzər Lənkəran”

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!