Ronaldonun Messi haqda bu sözləri GÜNDƏM OLDU!

9 Dekabr 2020 16:20 Çempionlar Liqası 2 054
Ronaldonun Messi haqda bu sözləri GÜNDƏM OLDU!

"Yuventus"un ulduzu Kriştianu Ronaldo "Barselona"lı Lionel Messi ilə münasibətlərindən danışıb.

Sportinfo.az xəbər verir ki, 35 yaşlı hücumçu Kataloniya komandasına səfərdə 3:0 hesabı ilə qalib gəldikləri Çempionlar Liqasının qrup mərhələsinin VI tur matçından sonra maraqlı açıqlama verib.

Portuqaliyalı forvard argentinalı oyunçunu özünə rəqib hesab etmədiyini söyləyib: "12-13 ildir ki, birlikdə müxtəlif mükafatlandırma mərasimlərində iştirak edirik.

Onu heç vaxt rəqib kimi görməmişəm. Hər şey media tərəfindən şişirdilir. Biz həmişə yaxşı münasibətdə olmuşuq. Messidən soruşsanız, o da sizə bunları söyləyəcək".

"Yuventus" "Barselona" üzərində qələbə sayəsində qrup lideri kimi 1/8 finala yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq