UEFA PSJ - "Başakşəhər" oyununun hakimlərini dəyişdirdi

9 Dekabr 2020 10:20 Çempionlar Liqası 795
UEFA PSJ - "Başakşəhər" oyununun hakimlərini dəyişdirdi

Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda yarımçıq dayandırılan PSJ (Fransa) - "Başakşəhər" (Türkiyə) matçına yeni hakimlər briqadası təyin edilib.

Sportinfo.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Oyunu niderlandlı hakimlər idarə edəcək. Danni Makkeli matçın baş hakimi olacaq. Ona həmyerlisi Mario Diks və polşalı Marsin Bonek kömək edəcəklər. Dördüncü hakim funksiyasını Polşadan Bartoş Frankovski yerinə yetirəcək.

Oyun bu gün saat 21:55-də qaldığı yerdən davam edəcək.

PSJ - "Başakşəhər" görüşünün 14-cü dəqiqəsində qalmaqal yaranıb. Buna oyunun 4-cü hakimi Sebastian Koltseskunun qonaq komandanın köməkçi məşqçisi Pyer Veboya qarşı irqçi ifadələr işlətməsi səbəb olub.

Matçın baş hakimi Ovidiu Hatseqan isə Veboya qırmızı vərəqə göstərərək, onu texniki zonadan qovub. Bundan sonra İstanbul təmsilçisi meydanı tərk edib. Nəticədə matç təxirə salınıb.

Digər Xəbərlər
Xəbər Lenti