Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev yaponiyalı Nobumitsu Osava üzərində qələbə qazanıb.
Sportinfo.az xəbər verir ki, döyüş Yaponiyanın Saytama şəhərində Rizin 14 turniri çərçivəsində keçirilib.
Musayev rəqibini ikinci raundda nokauta göndərib. Bu, Tofiq Musayevin MMA qaydaları keçirdiyi döyüşlərdə 14-cü qələbəsidi. Azərbaycanlı yalnız üç döyüşdə məğlub olub.

