Bu ay Pankration, Qrapplinq və MMA (Mixed Martial Arts - qarışıq döyüş sənəti) üzrə Azərbaycan çempionatı baş tutacaq.
Sportinfo.az xəbər verir ki, yarış dekabrın 8-i və 9-da “Sərhədçi” İdman Olimpiya Mərkəzində baş tutacaq.
Final görüşü isə 9 dekabr tarixində, saat 17:00-da reallaşacaq. Bu məqamda bildirək ki, yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Olimpiya Komitəsi və Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyasının təşkilatçılığı ilə keçirilir.
Federasiyasının rəhbəri Azad Əsgərov, 1-ci vitse- prezidenti Tural Mirzəyevdi.

