Üzr istədi: "Döyüş olmayacaq"

9 Noyabr 2018 18:36 Boks 705
Üzr istədi: "Döyüş olmayacaq"

Amerikalı boksçu Floyd Meyuezerin yaponiyalı kikboksçu Tenşin Nasukava ilə döyüşünün planlaşdırıldığını xəbər vermişdik.

Sportinfo.az xəbər verir ki, Meyuzer sonradan bu döyüşə razılıq vermədiyini bildirib.

O, bu barədə özünün “instagram” səhifəsində yazıb. Meyuezer qeyd edib ki, söhbət yaponiyalı kikboksçu ilə yalnız nümayiş xarakterli çıxışdan gedirdi.

Özü də razılaşmanın şərtinə görə, dekabrın 31-nə planlaşdırılan bu çıxış məhdud sayda insanlar üçün nəzərdə tutulurdu və televiziya yayımından söhbət getmirdi.

41 yaşlı boksçu izləyicilərindən üzr istəyib. Meyuezer indiyədək keçirdiyi 50 döyüşün hamısından qalib ayrılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti