Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Urxan Orucovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Sportinfo.az xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
O, məhkəmənin hökmü ilə 4 il 2 ay 16 gün müddətinə azadlıqdan məhrum edilib. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssəsində çəkəcək. U.Orucov məhkəmə zalından azadlığa buraxılıb.
Kikboks üzrə dünya çempionu hökmə əsasən, 1000 manat məbləğində cərimə edilib. Prokuror çıxışında U.Orucovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Bu il yanvarın 25-də Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yolu keçən Maştağa qəsəbə sakini Səlim Zülfüqarov müəyyən edilməmiş avtomobillə vurulub.
Naməlum avtomobilin vurduğu 31 yaşlı S.Zülfüqarov ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib və orada ölüb.

