Süleyman Mikayılov İcraiyyə Komitəsinə üzv seçildi

4 Noyabr 2018 19:11 Boks 748
Süleyman Mikayılov İcraiyyə Komitəsinə üzv seçildi

Özbəkistanlı Qafur Rəhimov Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti seçilib.

Sportinfo.az xəbər verir ki, qurumun Rusiyanın paytaxtı Moskvada keçirilən Konqresində onun yeganə rəqibi AİBA-nın qazaxıstanlı vitse-prezidenti Serik Konakbayev olub.

Bu ilin yanvarından prezident vəzifələrini icra edən Rəhimov seçkidə 134 səsdən 86-nı toplayıb. Onun prezident səlahiyyətləri 2022-ci ilədək davam edəcək.

Konqresdə ölkəmiz Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti Süleyman Mikayılov və baş katib Nağı Səfərovla təmsil olunub.

ABF-in vitse-prezidenti S.Mikayılov növbəti 4 il üçün AİBA-nın İcraiyyə Komitəsinin üzvü seçilib. O, ardıcıl üçüncü dəfə ölkəmizi beynəlxalq qurumun icraedici orqanında təmsil edəcək.

İcraiyyə Komitəsinin AİBA-ya üzv olan 205 ölkədən 14 üzvü var. Bundan əvvəl AIBA çəki dərəcələrinə edilən dəyişiklikləri təsdiqləyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti