"Qəbələ"nin ulduzu haqda deyildi: "Allah bəxtini verdi, getdi qabağa"

3 Noyabr 2018 16:24 Boks 756
"Qəbələ"nin ulduzu haqda deyildi: "Allah bəxtini verdi, getdi qabağa"

Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasov növbəti qələbəsini qazanıb.

Sportinfo.az xəbər verir ki, idmançımız “Fight Nights Global 90” çərçivəsinə qüvvəsini sınayıb.

24 yaşlı təmsilçimiz Rusiyanın paytaxtı Moskvadakı “MOİK Arena”da keçirilən yarışda Mixail Qoqitidze ilə üz-üzə gəlib.

Yüngül çəki dərəcəsində baş tutan döyüş Abbasovun Rusiyanı təmsil edən gürcü rəqibi üzərində qələbəsi ilə başa çatıb. İdmançımız artıq ilk raundda rəqibini texniki nokautla məğlub edib.

Bu, Nəriman Abbasovun karyerasında 23-cü qələbə olub. İndiyədək 27 döyüş keçirən idmançımız yalnız dörd dəfə məğlubiyyətlə üzləşib.

Nəriman bu turnir çərçivəsində isə 18-ci qələbəsini qazanıb. O, bu döyüşədək bu turnirin reytinqində IV yerdə idi.

"Qəbələ"nin şərəfini qooruyan Nəriman Abbasovu yaxından tanıyan Əli Hüseynov sosial şəbəkədə yazıb:

Kasıb uşaq idi, heç yeri qurtarmamışdı. İndi uğurları çoxdu. Allah bəxtini verdi. Maşallah, getdi özü-özünə qabağa. Allah yol açdı onun üçün".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti