Həbibə çatacaq pulun yarısını - 1 milyon dolları verdilər

27 Oktyabr 2018 09:36 Boks 725
Həbibə çatacaq pulun yarısını - 1 milyon dolları verdilər

Həbib Nurməhəmmədovla Konor Makqreqor arasında baş tutan görüşdən sonra yaşanan dava-dalaşla bağlı Nevadanın İdman Komissiyasında (NSAC) ilk dinləmə olub.

Sportinfo.az xəbər verir ki, NSCA Həbibə çatacaq qonorarın yarısının ödənilməsi ilə bağlı qərar verib.

Beləliklə, Nurməhəmmədovun hesabına 1 milyon dollar keçirilib. Komissiyanın yekun qərarından sonra qalan məbləğin ödənilib-ödənilməyəcəyi bilinəcək. NSAC yekun dinləməni dekabrın sonunda keçirəcək.

Konor ona çatacaq məbləği - 3 milyon dolları döyüşdən sonra tam şəkildə alıb. Nurməhəmmədova verilməli olan 2 milyon dollar qonorarın ödənilməsi döyüşdən sonra baş verən dava-dalaşa görə təxirə salınmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
3 Oktyabr 18:10 Çək və bizə göndər!
3 Oktyabr 02:50 O qol da Namiqin oldu