Slovakiyanın paytaxtı Bratislavada keçirilən kikboksinq üzrə WAKO Avropa çempionatı başa çatıb.
Sportinfo.az xəbər verir ki, finalda yarışan dörd idmançımızın hamısı uduzub.
Belə ki, Ramal Aslanov Rusiyanı təmsil edən Turqay Məmmədova, Əsgər Rəhimov ukraynalı Sergey Qerasimenkoya, Elxan Əliyev rusiyalı Alimpaşa Tambiyevə və Bəhram Rəcəbzadə Xorvatiya idmançısı Antonio Plazibata uduzaraq gümüş medalla kifayətlənib.
Beləliklə, kikboksçularımız vətənə yeddi medalla qayıdır. Gümüş medal qazanan idmançılarımız bunlardı: Ramal Aslanov (71 kq - Low Kick versiyası), Əsgər Rəhimov (57 kq - K1 qaydaları üzrə), Elxan Əliyev (71 kq - K1), Bəhram Rəcəbzadə (+91 kq - K1). Ruslan Musayev (63.5 kq - Low Kick), Anar Məmmədov (54 kq - K1) və Fatma Rəcəbzadə (48 kq - Low Kick) isə bürünc medal əldə ediblər.
Bir gün əvvəl keçirilmiş veteranların mükafatlandırılmasında iki azərbaycanlı məşqçi də medal qazanıb. Telman Məhərrəmov gümüş və Hikmət Hacıyev bürünc medalı muzeyinə aparıb.

