İdman tarixinin ən bahalı müqaviləsi imzalandı

21 Oktyabr 2018 20:29 Boks 683
İdman tarixinin ən bahalı müqaviləsi imzalandı

Meksikalı boksçu Saul Alvares idman tarixində rekorda imza atıb.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı boksçu peşəkar idman tarixinin ən bahalı müqaviləsinə qol çəkib.

O, DAZN strim-serveri ilə 365 milyon dollarlıq sözləşmə imzalayıb. DAZN 5 il ərzində Saulun 11 döyüşünü nümayiş etdirəcək.

Bundan əvvəlki rekord amerikalı beyzbolçu Cankarlo Stentona məxsus idi. O, 2014-cü ildə “Mayami Marlinz”lə dəyəri 325 milyon dollar olan 13 illik müqavilə imzalayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti