Azərbaycan boksçusu olimpiadada bürünc medal qazandı

19 Oktyabr 2018 12:12 Boks 544
Azərbaycan boksçusu olimpiadada bürünc medal qazandı

Azərbaycan boksçuları Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında çıxışlarını başa vurublar.

Sportinfo.az xəbər verir ki, son olaraq Nurlan Səfərov 60 kq çəkidə bürünc medal uğrunda görüşə çıxıb.

O, misirli Marvan Mamdu Məhəmmədlə görüşü qələbə ilə başa vurub- 4:0 (29:26, 29:27, 29:27, 28:28, 29:27).

Beləliklə, Səfərov olimpiadada bürünc medal qazanıb. Digər boksçu Nicat Həsənov bürünc medal uğrunda görüşdə özbəkistanlı Caxongir Raxmonova uduzub və olimpiadanı 4-cü pillədə başa vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti