"Bunun əvəzini çıxmağa çalışacam, məqsədim çempionluqdu”

8 Oktyabr 2018 08:36 Boks 571
"Bunun əvəzini çıxmağa çalışacam, məqsədim çempionluqdu”

“Təlim-məşq toplanışımız davam edir, hər şey yüksək səviyyədədi, inanıram ki, nəticə verəcəyik”.

Sportinfo.az xəbər verir ki, bunu gənc boksçulardan ibarət millinin üzvü Nicat Həsənov deyib.

Avropa birinciliyinin gümüş medalçısı hazırlığın yüksək səviyyədə keçdiyini və bunun bəhrəsini yeniyetmələrin olimpiadasında görəcəklərinə inam ifadə edib:

“Çempionluq üçün məşq edirik. Bütün gücümüzlə çalışırıq ki, yarışda bizə asan olsun. Rəqiblərin hamısı haqda tam məlumatlı deyiləm.

Amma tanıdıqlarım da var. Onların hansı formada olduğu ciddi fərq etməyəcək. Hamımız eyni səviyyədəyik. Hər şeyi rinq göstərəcək”.

Buenos Ayresdə 69 kq-da mübarizə aparacaq idmançı Avropa birinciliyindən sonra dünya çempionatını medalsız bitirib. Boksçumuz bildirib ki, bunu oyunlarda sığortalamağı planlaşdırır:

“Püşkdən çox şey asılı olacaq. Lakin mənim üçün fərq etməyəcək. Ən güclü rəqiblərlə düşsəm belə, rinqə qələbə üçün çıxacam.

Dünya birinciliyində medal qazana bilmədim. Bunun əvəzini olimpiadada çıxmağa çalışacam. Məqsədim çempionluqdu”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti