Azərbaycan millisi AÇ-yə 7 boksçu ilə yollanacaq

6 Oktyabr 2018 00:10 Boks 752
Azərbaycan millisi AÇ-yə 7 boksçu ilə yollanacaq

Oktyabrın 8-dən 17-dək Rusiyanın Anapa şəhərində yeniyetmə boksçular arasında Avropa birinciliyi keçiriləcək.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisi yarışda 7 idmançı ilə təmsil olunacaq.

Komandamızın baş məşqçisi Vaqif Kazımov qitə çempionatında Əli Zamanov (48 kq), Əzrək Bəbirov (54 kq), Eldar Babayev (60 kq), Elmir Novruzov (63 kq), Mehman Quliyev (70 kq), Murad Allahverdiyev (80 kq) və Əhməd Əhmədova (+80 kq) şans verəcək.

Sumqayıtda təlim-məşq toplanışında olan yığmamız yarışa hazırlığı oktyabrın 7-də başa vuracaq. Boksçularımız həmin gün axşam saatlarında isə Rusiyaya yollanacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti
18 Noyabr 18:20 Braziliya 7:0 qazandı
18 Noyabr 16:10 Çək və bizə göndər!
18 Noyabr 07:50 Bu, bizə düşərlidirmi?
18 Noyabr 03:20 3:1-i necə qazanmışıq?