"Biz vətənimizə xəyanət edə bilmərik! Heç kimi qınamırıq"

20 Mart 04:00 Boks 609
"Biz vətənimizə xəyanət edə bilmərik! Heç kimi qınamırıq"

Rusiya boksçuları Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirakdan imtina ediblər.

Sportinfo.az xəbər verir ki, bu barədə Rusiya Boks Federasiyasının (RBF) baş katibi Tatyana Kiriyenko bildirib.

RBF rəsmisi rusiyalı boksçuların beynəlxalq yarışlara neytral statusda getməsinin mümkünsüz olduğunu vurğulayıb:

"Rusiya boksçuları heç vaxt bitərəf statusda yarışlara getməyəcəklər. Biz Vətənimizə xəyanət edə bilmərik!

Heç kimi qınamırıq, amma aydın şəkildə formalaşmış mövqeyimiz var. Bu, bütün boks ailəsinin fikridir".

Ötən il dekabrın 8-də Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya təmsilçilərinə Paris-2024-də neytral statusda iştirak etməyə icazə verib.

Digər Xəbərlər
Xəbər Lenti
27 Aprel 16:10 Çək və bizə göndər!