Vətən cəngavərlər Qusarda necə qarşılandı? - VİDEO

27 Noyabr 2020 02:30 Bizimkilər 417
Vətən cəngavərlər Qusarda necə qarşılandı? - VİDEO

44 günlük Vətən Müharibəmizdə düşməni darmadağın edən hərbiçilərimiz artıq geri dönür.

O cümlədən, Qusarda yerləşən Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsindən döyüşlərə qatılan hərbiçilər də geri qayıdır.

Sakinlər isə böyük coşqu ilə hərbiçilərimizi qarşılayır. İgid oğulların sayəsində 28 illik vətən həsrətimizə son qoyuldu.

Bu gün 3 rəngli bayrağımız işğaldan azad olunan ərazilərimizdə qürurla dalğalanırsa bu da rəşadətli ordumuzun əzmi sayəsindədir. Ölkəmizin hər yerində olduğu kimi Qusarda da mənfur düşməni məğlub edərək geri qayıdan hərbi qulluqçularımız bayram ab-havası ilə qarşılanıb.

Hərbçilərimizin yolunu gözləyən yaxınları isə hamıdan həyacanlı idi. Onların sevinci yerə göyə sığmırdı.

Onların əzmi, şəhidlərimizin qanı ilə əldə olunan böyük zəfərimiz bütöv Azərbaycanın uğurlarını bütün dünyaya göstərdi. Torpaqlarımızı işğaldan azad edən bu qəhrəman oğullarsa vətən qarşısında xidmətini davam etdirəcək - qalib ordunun qalib hərbçiləri kimi

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!