"Fənərbağça"lı Bərdədə törədilən terrora biganə qalmadı

29 Oktyabr 2020 14:50 Bizimkilər 531
"Fənərbağça"lı Bərdədə törədilən terrora biganə qalmadı

Türkiyə yığmasının əslən azərbaycanlı atleti Ramil Quliyev Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə raket zərbələri nəticəsində törətdiyi terror hadisəsinə reaksiya verib.

Sportinfo.az xəbər verir ki, 30 yaşlı "Fənərbağça"lı bununla bağlı "Instagram"da paylaşım edib.

O, üzərində "Pray for Barda" ("Bərdə şəhəri üçün dua edin") sözləri yazılmış foto paylaşıb. Quliyev həmçinin sosial şəbəkədə Qarabağa aid video yayımlayıb və "Qarabağ Azərbaycandır" yazıb.

Təcrübəli atlet ermənilərin Gəncədə törətdikləri terror hadisəsi ilə bağlı paylaşım etmişdi.

Ramil Quliyev 200 metr məsafəyə qaçış üzrə Avropa və dünya çempionudur.

View this post on Instagram

A post shared by Ramil Guliyev (@grame90) on

Digər Xəbərlər
Xəbər Lenti