Azərbaycanlı legioner xarici çempionatda ilk qolunu vurdu

4 Sentyabr 2023 08:50 Bizimkilər 1 141
Azərbaycanlı legioner xarici çempionatda ilk qolunu vurdu

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Eqnatiya” Albaniya çempionatında növbəti oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, komanda 2-ci tur çərçivəsində “Kukesi”nin qonağı olub və 4:0 hesabı ilə qalib gəlib.

“Eqnatiya”nın 4-cü qolunu 58-ci dəqiqədə Vüsal İsgəndərli vurub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Bu, Vüsalın Albaniya çempionatında ilk qoludur.

“Eqnatiya” 3 xalla 4-cü pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı