Musa Qurbanlı: “İsveçə gələndən bunu xəyal edir və gözləyirdim"

28 Avqust 2023 09:20 Bizimkilər 1 120
Musa Qurbanlı:  “İsveçə gələndən bunu xəyal edir və gözləyirdim"

“İsveçə gələndən bunu xəyal edir və gözləyirdim. Heyrətamiz idi”.

Sportinfo.az xəbər verir ki, bunu “Yurqorden”in azərbaycanlı futbolçusu Musa Qurbanlı İsveç çempionatının XXI turunda “Deqerfors”la oyunda dubl etməsi barədə danışarkən deyib.

Komandasının 4:1 hesablı qələbəsinə iki qol və bir məhsuldar ötürmə ilə töhfə verən 21 yaşlı hücumçu 58-ci dəqiqədə penaltini qola çevirə bilməməsinə də münasibət bildirib:

“Het-trik mükəmməl olardı. Bir gün əvvəlki məşqdə 20 dəqiqə penaltilər üzərində çalışdım.

Əlimdən gələni etsəm də, zərbəni qola çevirə bilmədim. İki qol da pis deyil”.

“Yurqorden” hazırda 37 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU