"Mən bu anı səbirsizliklə gözləyir və arzulayırdım" - Musa Qurbanlı

29 Avqust 2023 03:10 Bizimkilər 966
"Mən bu anı səbirsizliklə gözləyir və arzulayırdım" - Musa Qurbanlı

“Bu, əla bir oyun idi. Mən bu anı səbirsizliklə gözləyir və arzulayırdım”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Yurqorden”in hücumçusu Musa Qurbanlı İsveç çempionatının 21-ci turunda “Deqefors”a qalib gəldikləri oyundan (4:1) sonra bildirib.

M.Qurbanlı matçda 2 qol vurub, 1 qolun isə ötürməsini edib. Bu, onun yeni qoşulduğu İsveç çempionatında ilk qolları olub.

Azərbaycan millisinin hücumçusu oyundan sonra jurnalistlərə deyib: “Gözəl hisslər keçirirəm. Azarkeşlərin bizə belə gözəl dəstəyi məni sevindirir”.

M.Qurbanlı görüşdə penaltini vura bilməyib. O, bu haqda suala cavabında deyib:

“Bu, gözlənilməz oldu. Dünən məşqdən sonra 15-20 dəqiqə qalıb penalti üzərində işləmişdim. Əlimdən gələni etdim, amma alınmadı”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı