Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi klubunu dəyişdi

30 Avqust 2023 13:00 Bizimkilər 1 936
Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi klubunu dəyişdi

Azərbaycanın gənclər yığmasının sabiq yarımmüdafiəçisi Timur Temeltaş Türkiyədə klubunu dəyişib.

Vaxtilə U-21-in formasını geyinmiş milliləşdirilmiş legioner «Çorumspor»dan «İsgənderunspor»a gedib.

O, II Liqa klubu ilə birillik müqavilə imzalayıb.

«Bayer»in yetirməsi olan 27 yaşlı orta sahə oyunçusu Almaniyada «Allemaniya» və «Kayzerslautern»in formasını geyinib.

2013-cü ildə Türkiyəyə gələn Timur ötən mövsümlər ərzində «Altınordu», «Ümraniyespor», «Altay» və «Eyübspor»un da şərəfini qoruyub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti