“Qrasshopper” Renatın adını iştirak ərizəsinə daxil etmədi

14 Avqust 2023 02:50 Bizimkilər 1 209
“Qrasshopper” Renatın adını iştirak ərizəsinə daxil etmədi

İsveçrədə Super Liqasında 4-cü turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” səfərdə “Vintertur”un qonağı olub.

Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Renat Dadaşov bu görüşün iştirakçısı olmayıb. 24 yaşlı forvardın adı iştirak ərizəsində də yer almayıb.

Hazırda aktivində 4 xalı olan Dadaşovun komandası 8-ci pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı