Xarici klub azərbaycanlı hücumçunu satmağa hazırlaşır

30 Avqust 2023 14:20 Bizimkilər 6 060
Xarici klub azərbaycanlı hücumçunu satmağa hazırlaşır

"Biz Renat Dadaşovla digər variantları nəzərdən keçiririk".

Sportinfo.az xəbər verir ki, bunu “Qrasshopper”in ( İsveçrə) idman direktoru Bernt Haas Azərbaycan millisinin futbolçusunun mümkün transferi ilə bağlı danışarkən deyib.

Funksioner komandanın digər oyunçusu, yaponiyalı Ayumu Seko ilə bağlı isə konkret bir şeyin olmadığını diqqətə çatdırıb.

Renat Dadaşovun “Qrasshopper”lə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir. O, 2022-ci ilin yayında sözləşmə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti