Kubokun ilk oyununda məğlub oldu - Zamiqin komandası

4 Aprel 2025 03:00 Bizimkilər 1 194
Kubokun ilk oyununda məğlub oldu - Zamiqin komandası

Albaniya kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçrilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" öz meydanında "Partizani"ni qəbul edib və rəqibinə 0:1 hesabı ilə uduzub.

Qonaqların yeganə qolunu 85-ci dəqiqədə Albers Keko penaltidən vurub. Matça start heyətində başlayan Zamiq sona qədər mübarizə aparıb.

Komandalar arasında cavab oyunu aprelin 23-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu