Millimizin sabiq müdafiəçisi mərcə girişdi, 45 gün kənarda qaldı, geri qayıdandan sonra…

21 Yanvar 02:50 Bizimkilər 751
Millimizin sabiq müdafiəçisi mərcə girişdi, 45 gün kənarda qaldı, geri qayıdandan sonra…

Türkiyə birinci liqasında 21-ci tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin sabiq müdafiəçi Mert Çelikin də formasını geyindiyi “Sivasspor” səfərdə “Bodrumspor”un qonağı olub.

Matça ehtiyat oyunçular skamyasından başlayan Çelik artıq 10-cu dəqiqədə meydana daxil olub və sonadək oynayıb. 25 yaşlı müdafiəçi 23-cü dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

Matç “Sivasspor”un 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu qələbə sayəsində xallarının sayını 28-ə çatdıran Sivas təmsilçisi 12-ci pillədə qərarlaşıb. “Bodrumspor” isə 33 xalla altıncıdır.

Ötən ilin noyabrında Türkiyə Futbol Federasiyasının (TFF) apardığı mərc araşdırması çərçivəsində futboldan 45 gün müddətinə uzaqlaşdırılan M.Çelikin qayıdışı ötən tur “Ərzurumspor”a qarşı oyunda baş tutub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti