Dörd azərbaycanlı ölkə xaricində eyni komandada oynayacaq - FOTO

16:40 Bizimkilər 326
Dörd azərbaycanlı ölkə xaricində eyni komandada oynayacaq - FOTO

Qırğızıstan klubu azərbaycanlı futbolçulara etimadını artırıb.

Eyni mövsümdə “qırmızı-ağlar”ın şərəfini nə az, nə çox, dörd azərbaycanlı futbolçu qoruyacaq.

Ötən mövsüm say iki idi. Ozqon şəhərinin eyniadlı təmsilçisi Orxan Əliyevlə Dmitri Nağıyevin xidmətinə bel bağlamışdı.

Orxan burada 7 qol vurması, Dmitrinin inamlı oyunla fərqlənməsi qırğızları həmyerlilərimizin sayını artırmağa məcbur edib.

Hər iki futbolçu ilə müqavilənin müddətini artıran “Ozqon” daha iki azərbaycanlıya güvənib. Və hər ikisi Qırğızıstan çempionatından.

2025-ci ildə “Alay”ın uğurları üçün tər tökən Ramin Əhmədovu rənglərinə bağlayan klub ardınca Raminin “Alay”dakı komanda yoldaşı İldar Alekperovu da heyətinə qatıb.

Orxanla Ramin Azərbaycan vətəndaşlığını daşıyırsa, Dmitri ilə İldar ikili pasporta sahibdir. Nağıyevin eyni zamanda Ukrayna, Alekperovun isə Rusiya pasportu var.

Yeni mövsümə hazırlaşan “Ozqon” hazırlığını Antalyada davam etdirir.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
19 Yanvar 23:20 Dava-dalaşı kim salıb?