Mahirdən PİS XƏBƏR - Fevrala qədər meydana çıxmayacaq

19 Yanvar 11:00 Bizimkilər 797
Mahirdən PİS XƏBƏR - Fevrala qədər meydana çıxmayacaq

Mahir Emrelinin "Kayzerslautern"in kollektiv məşqlərinə qayıtması yenidən təxirə salınıb.

Sportinfo.az xəbər verir ki, Almaniya mətbuatı bu həftə Emrelinin məşqlərə qoşulacağını iddia edirdi.

Hətta onun II Bundesliqanın 18-ci turunda “Hannover”lə görüşdə adının iştirak ərizəsində olacağı gözlənilirdi.

Lakin bu proqnozlar indi dəyişib. “Der Betze brennt” nəşrinin məlumatına görə, millimizin forvardı fevral ayına qədər meydana çıxmayacaq.

Emreli oktyabr ayından bəri zədə səbəbindən məşqlərdən uzaq qalıb və yanvarın əvvəlində fərdi məşqlərə qayıdıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM