Millimizin vingeri oynadı, qalib gəldilər, 15-ci pilləyə yüksəldilər

19 Yanvar 08:30 Bizimkilər 1 117
Millimizin vingeri oynadı, qalib gəldilər, 15-ci pilləyə yüksəldilər

Niderland Erediviziyasının 19-cu turu çərçivəsində növbəti qarşılaşma baş tutub.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin vingeri Ozancan Kökçününün də çıxış etdiyi "Volendam" doğma meydanda "Utrext"i 2:1 hesabı ilə məğlub edib.

Millimizin yarımmüdafiəçisi meydana start heyətində çıxıb və sona qədər oynayıb.

Bu qələbə sayəsində "Volendam" turnir cədvəlində 16-cı pillədən 15-ci yerə yüksəlib. Komanda növbəti turda səfərdə "Ayaks"la qarşılaşacaq.

"Volendam" - "Utrext" - 2:1

Qollar: J.İdeho, 10, B.Kuvas, 42 - Viktor Jensen, 49

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM