“Media nümayəndələri tərəfindən dilin ədəbi normalara uyğun tətbiqi vacibdir” - Əhməd İsmayılov

07:20 Bizimkilər 83
“Media nümayəndələri tərəfindən dilin ədəbi normalara uyğun tətbiqi vacibdir” - Əhməd İsmayılov

“Prezident İlham Əliyevin Azərbaycan dilinin qorunmasının vacibliyi ilə bağlı səsləndirdiyi fikirlər cəmiyyətin diqqət mərkəzindədir.

Dövlət başçısının AMEA-nın 80 illik yubileyində jurnalistləri ədəbi dil məsələsində xüsusi məsuliyyət daşıyan peşə sahibləri kimi qeyd etməsi, həmçinin bir müddət öncəki müsahibəsində bir daha bu vacib məqama toxunması medianın qarşısında daha böyük öhdəliklər qoyur”.

Bu sözləri “Audiovizual mediada Azərbaycan dilinin saflığının qorunması yeni çağırışlar müstəvisində” mövzulu elmi-praktik konfransda Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.

O qeyd edib ki, media subyektlərində çalışan əməkdaşlar tərəfindən dilin düzgün, səlis və ədəbi normalara uyğun tətbiqi vacib məsələlərdəndir.

“Biz bu gün cəmiyyətin daha çox diqqət mərkəzində olan audiovizual mediada ədəbi dilimizin düzgün işlədilməsi məsələsini müzakirə edirik. Amma ölkə mediasının digər seqmentlərində də ədəbi dilimizin norma və prinsiplərinin qorunması bizim üçün eyni dərəcədə aktualdır. Artıq Mətbuat Şurasında Dil Komissiyası yaradılıb. Ölkə mediasının sistemli monitorinqinin aparılmasının bu sahədə buraxılan səhvlərin operativ formada aradan qaldırılmasına təkan verəcəyinə əminik.

Medianın İnkişafı Agentliyinin əsas prioritetlərindən biri də dövlət dilimizin mediada düzgün istifadə edilməsi prosesinə həssas yanaşmaqdan, bu sahədə jurnalist peşəkarlığının artırılmasına təkan verməkdən ibarətdir”, - deyə icraçı direktor vurğulayıb (AZƏRTAC).

Digər Xəbərlər
Xəbər Lenti
15 Yanvar 18:10 Çək və bizə göndər!
15 Yanvar 09:40 "Qarabağ"dan YENİLİK