Paytaxt klubu azərbaycanlı hücumçu ilə müqaviləni uzatdı - Üçillik

15 Yanvar 16:20 Bizimkilər 672
Paytaxt klubu azərbaycanlı hücumçu ilə müqaviləni uzatdı - Üçillik

Moskva “Dinamo”su hücumçusu Ulvi Babayevlə yeni müqavilə imzalayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı azərbaycanlı futbolçunun “ağ-göylər”lə yeni anlaşması 2029-cu ilin yayına qədər nəzərdə tutulub.

Müqavilədə daha bir mövsüm uzatma maddəsi da yer alıb.

Babayev “Dinamo”nun yetirməsidir. O, əsas komandanın heyətində bütün turnirlər üzrə 16 oyuna çıxıb və 5 qol vurub.

Daha əvvəl Ulvi Babayevlə “Spartak”ın maraqlandığı və onun tezliklə "Dinamo"nu tərk edə biləcəyinə dair xəbərlər yayılmışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 Fevral 20:40 Rauf, uf, uf, uf...
17 Fevral 18:10 Çək və bizə göndər!
17 Fevral 08:20 Bir oyunluq cəzalandı
17 Fevral 01:50 AFFA-dan yeni qərarlar