Mahir Emrelidən xəbər verdilər - Geri qayıdacağı gözlənilir

15 Yanvar 00:30 Bizimkilər 1 960
Mahir Emrelidən xəbər verdilər - Geri qayıdacağı gözlənilir

Almaniya mətbuatı “Kayzerslautern”in zədəli oyunçularının vəziyyəti barədə yazıb.

Sportinfo.az “Der Betze”yə istinadən xəbər verir ki, “Kayzerslautern” II Bundesliqada 18-ci turun "Hannover"ə qarşı matçında Emrelininxidmətindən istifadə edə biləcək:

“Qış fasiləsi qısa olsa da, "Kayzerslautern"in heyətində bəzi dəyişikliklər olub: zədə səbəbindən qısa müddətə kənarda qalan üç oyunçu - Kenni Redondo, Simon Asta və İvan Prtain məşqlərə qayıdıblar.

Mahir Emrelinin də bu həftə kollektivlə məşqlərə qayıtması gözlənilir. "Hannover"lə oyunöncəsi heyətdə olacağı ehtimal edilir.

Lakin onlardan hansısa birinin bazar günü keçiriləcək matçda oynaya biləcəyi hələlik məlum deyil. Ən çox ehtimal olunan Redondodur.

O, mövsümöncəsi yoldaşlıq oyununda (3:1) “Sürix”ə qarşı 45 dəqiqə oynamışdı”.

Yanvarın əvvəlində Azərbaycan millisinin hücumçusu fərdi məşqlərə başlayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 Fevral 20:40 Rauf, uf, uf, uf...
17 Fevral 18:10 Çək və bizə göndər!
17 Fevral 08:20 Bir oyunluq cəzalandı
17 Fevral 01:50 AFFA-dan yeni qərarlar