Ayrılması gözlənilən azərbaycanlı oyunçunu “votsap”dan da çıxardılar

12:40 Bizimkilər 160
Ayrılması gözlənilən azərbaycanlı oyunçunu “votsap”dan da çıxardılar

"Dinamo" Moskvanın Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək təlim-məşq toplanışı üçün heyəti açıqlanıb.

Sportinfo.az xəbər verir ki, siyahıda azərbaycanlı gənc yarımmüdafiəçi Ülvi Babayevin adı yer almayıb.

Məlumata görə, yanvarın 14-də başlayacaq toplanışa 21 yaşlı futbolçu aparılmayacaq. Klub rəhbərliyinin qərarı bununla da yekunlaşmayıb.

Babayev komandanın ümumi yazışma qrupundan da çıxarılıb ki, bu da tərəflər arasında münasibətlərin xeyli gərginləşdiyini göstərir.

Qeyd olunur ki, futbolçunun “Dinamo” ilə müqaviləsi 2026-cı ilin yayında başa çatır. Mövcud qaydalara əsasən, o artıq indidən digər klublarla danışıqlar aparmaq və ilkin razılaşma əldə etmək hüququna malikdir.

Daha öncə Ülvi Babayevin “Dinamo”nun əsas rəqibi “Spartak”a keçməsi ilə bağlı xəbərlər yayılmışdı. Hücumameyilli yarımmüdafiəçi cari mövsümdə 15 oyunda iştirak edib və 5 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
13 Yanvar 17:30 Çək və bizə göndər!