Rusiyanın tanınmış klubu azərbaycanlı yarımmüdafiəçini transfer etdi - 4 illik müqavilə

14 Yanvar 00:40 Bizimkilər 913
Rusiyanın tanınmış klubu azərbaycanlı yarımmüdafiəçini transfer etdi - 4 illik müqavilə

"Torpedo" azərbaycanlı futbolçus Sadiq Baqiyevin transferini açıqlayıb.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Moskva təmsilçisi U-19 millimizin sabiq üzvü ilə 2029-cu ilin iyununa qədər müqavilə imzalayıb.

22 yaşlı yarımmüdafiəçi 1-ci divizion təmsilçisində 66 nömrəli formada çıxış edəcək.

Sadiq Baqiyev karyerası ərzində “Kuban-Holdinq”, “Spartak”(Tambov) və “SKA-Xabarovsk”da oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM