
“Ximki”nin (Moskva) Azərbaycan əsilli hücumçusu İlya Sadıqov Premyer Liqa təmsilçisinin rəsmi saytına müsahibə verib.
Sportinfo.az xəbər verir ki, müsahibədə Sadıqova "Tarixi vətəniniz Azərbaycanla bağlılığınızı hiss edirsinizmi" sualı ünvanlanıb.
O bildirib ki, öz kökündən uzaqlaşa bilməz:
"Əlbəttə, Azərbaycanla bağlılıq hiss edirəm. Orada çox olmamışam, bəlkə də 2-3 dəfə.
Amma öz kökündən uzaqlaşa bilmirsən. Mən yarı rus, yarı azərbaycanlıyam.
Azərbaycan dilini bir az bilirəm, türkcəni də başa düşürəm, amma yaxşı danışmıram. Gec-tez Azərbaycan dilində öyrənmək istəyirəm".
İlya Sadıqov 2021-ci ildən “Ximki”də çıxış edir. Onun müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
Moskva klubu İlyanın atası Tufan Sadıqova məxsusdur. Tərtərdən olan milyarder bir neçə ildir ki, “Ximki”ni himayəsinə götürüb.