Bu ölkənin mediası azərbaycanlı hücumçudan yana-yana danışdı

15 Aprel 2025 00:50 Bizimkilər 2 901
Bu ölkənin mediası azərbaycanlı hücumçudan yana-yana danışdı

Polşa mətbuatı "Legiya"nın ingilis klublarına qarşı avrokubok oyunlarından yazarkən komandanın sabiq futbolçusu, hazırda Almaniyada - “Nürnberq”də çıxış edən Mahir Emrelinin Avropa Liqasının 2021/2022 mövsümünün C qrupunun 2-ci turunda “Lester”ə (1:0) vurduğu qolu da xatırlayıblar.

Sportinfo.az xəbər verir ki, "Kanał Sportowy" portalı hücumçumuzun vurduğu qol barədə bu cür yazıb:

"2021-ci ilin sentyabrında "Lester" Polşaya təşrif buyurmuşdu. Varşava belə bir hadisəni əfsanəvi 1995/1996 mövsümündən gözləyirdi.

"Tülkülər" 2016-cı ildə İngiltərə Premyer Liqasını qazanan komanda olmasa da, "Legiya" hələ də ciddi problemlə üzləşmişdi.

Matçdan əvvəl azarkeşlər və mütəxəssislər komandanın İngiltərə Premyer Liqasının klubu ilə oyuna hazır olmadığını qeyd edirdilər.

Amma sonda Çeslav Mixneviçin komandası qalib gəldi.

"Legiya"ya qələbə gətirən qolu karyerasında daha çoxunu edə biləcək Mahir Emreli vurmuşdu. Hansı ki, hazırda "Nürnberq"də qollarını vurmaq istəyir".

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu