Azərbaycanlı hücumçu Almaniya klubunun diqqət mərkəzində

4 Aprel 16:00 Bizimkilər 2 436
Azərbaycanlı hücumçu Almaniya klubunun diqqət mərkəzində

"Ayntraxt"ın Frankfurt) rəsmi saytı keçmiş futbolçularının mart ayında hazırkı klublarında göstərdiyi məhsuldar fəaliyyətdən bəhs edərək, Polşada çıxış edən azərbaycanlı hücumçusu Renat Dadaşovun da oyununa diqqət çəkib.

Sportinfo.az xəbər verir ki, Bundesliqa klubunun rəsmi saytı Dadaşovla bağlı bunu yazıb:

"Fevralda Dadaşov Türkiyədən Polşaya yollandı ki, “Radomyak”la müqavilə imzalasın.

O, ilk dörd oyununda iki dəfə fərqlənib. "Krakoviya" və "Korona" ilə görüşlərdə qollar, asistlər etdi. O, özünü yaxşı tərəfdən göstərə bilir".

Dadaşov “Ayntraxt”ın yetirməsi olub və 2017-2018-ci illərdə əsas komandada çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
12 Dekabr 18:10 Çək və bizə göndər!