90 dəqiqə oynadı, komandası liderliyini qorudu

30 Mart 2025 02:40 Bizimkilər 788
90 dəqiqə oynadı, komandası liderliyini qorudu

Cənubi Koreya çempionatında 6-cı turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, bu gün Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi "Tecon Xana Sitizen" doğma meydanda "Qvanqju"nu qəbul edib.

Matç 1:1 hesablı bərabərliklə başa çatıb.

Anton Krivotsyuk da bu qarşılaşmanın iştirakçısı olub. 26 yaşlı sol cinah müdafiəçisi matça start heyətində başlayıb və 90 dəqiqə meydanda olub.

6 turdan sonra aktivində 13 xal olan "Tecon Xana Sitizen" turnir cədvəlinin zirvəsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu