“Qarabağ”dan ayrılandan sonra ilk dəfə... FOTOLAR

26 Mart 2025 18:10 Bizimkilər 1 387
“Qarabağ”dan ayrılandan sonra ilk dəfə... FOTOLAR

Azərbaycan millisinin və “Qarabağ”ın sabiq futbolçusu Riçard Almeyda yeni komandası “Primavera”da ilk qolunu vurub.

Sportinfo.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi Braziliya Paulista A2 liqasında yarımfinalın “Taubate”yə qarşı ilk matçında əsas heyətdə meydana çıxıb.

Görüş 2:0 hesabı ilə “Primavera”nın xeyrinə başa çatıb. 32-ci dəqiqədə Almeyda komandasının ilk qoluna imza atıb.

İkinci topu isə rəqib qapısından 85-ci dəqiqədə L.de Xesus keçirib.

Yarımfinalın cavab oyunu martın 29-da olacaq.

Almeyda bu ilin fevralında “Qarabağ”dan ayrılıb və azad agent kimi doğma vətəni Braziliyanın “Primavera” klubuna keçib.





Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu