Onun Azərbaycan millisinə çağırılması klubunda sevinclə qarşılandı

25 Mart 2025 01:00 Bizimkilər 2 413
Onun Azərbaycan millisinə çağırılması klubunda sevinclə qarşılandı

Coşqun Diniyevin Azərbaycan millisinə çağırılması klubu “Çorum”da sevinclə qarşılanıb.

Sportinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, I Liqa təmsilçisinin rəhbərliyi bunun komandanın gələcək nəticələrinə müsbət təsir edəcəyini düşünür.

Komandanın yeni baş məşqçisi Tuncay Şanlı beynəlxalq təcrübə sayəsində Diniyevin “Çorum”da aparıcı futbolçuya çevriləcəyini və komandaya liderlik edəcəyini hesab edir.

Yerli KİV Diniyevin milliyə müntəzəm çağırılmasını bu cür dəyərləndirib:

“Onun beynəlxalq arenada qazandığı təcrübə “Çorum”dakı gənclər üçün şans ola bilər.

Diniyev kifayət qədər təcrübəli oyunçudur. Komandadakı ilk matçlarında da bunu ortaya qoydu.

O, həm mövqe, həm də oyun tərzi baxımından “Çorum”da liderə çevrilə bilər”.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu