Niderland, Xorvatiya və Çexiya yığmaları həmyerlimizə tapşırıldı

24 Mart 2025 08:20 Bizimkilər 898
Niderland, Xorvatiya və Çexiya yığmaları həmyerlimizə tapşırıldı

FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb.

Sportinfo.az xəbər verir ki, K.Umudlu 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit raundunun 3-cü qrupunda keçirilən oyunları idarə edir.

O, martın 19-da Niderland – Xorvatiya matçına çıxıb. Ayın 25-də Çexiya – Niderland görüşündə də baş hakim olacaq.

FIFA referisi martın 22-də Çexiya – Xorvatiya qarşılaşmasında dördüncü hakim funksiyasını yerinə yetirib. Namik Hüseynov isə həmin görüşlərin köməkçi hakimi olub.

Qrup mərhələsinin oyunları Çexiyada təşkil olunur

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu