Azərbaycan yığmasının baş məşqçisi Superliqa klubunda

20 Mart 2025 22:05 Bizimkilər 1 433
Azərbaycan yığmasının baş məşqçisi Superliqa klubunda

Antalyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov yerli "Antalyaspor"un düşərgəsində olub.

AFFA-dan Sportinfo.az-a verilən məlumata görə, Abbasov Türkiyə Superliqasında çıxış edən komandanın baş məşqçisi Emre Belözoğlu ilə görüşüb.

Mütəxəssislər iki ölkə futbolu və komandaların hazırkı durumu barədə fikir mübadiləsi aparıblar. A.Abbasov türkiyəli həmkarına yığmanın 5 nömrəli formasını hədiyyə edib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM