PFL-in idman direktoru Avropa Liqalarının Baş Assambleyasında

11 Mart 02:20 Bizimkilər 391
PFL-in idman direktoru Avropa Liqalarının Baş Assambleyasında

Almaniyanın Frankfurt şəhərində Avropa Liqalarının (European Leagues) 50-ci Baş Assambleyası keçirilib.

Sportinfo/az xəbər verir ki, Almaniya Futbol Liqası (DFL) tərəfindən təşkil edilən tədbir Avropa Liqalarının 20 illik yubileyinə həsr olunub.

Baş Assambleya zamanı bir sıra mühüm qərarlar qəbul edilib.

Bu tədbirdə İsveç Futbol Liqası rəsmisi Klaudius Şafer Avropa Liqalarının prezidenti seçilib, direktorlar şurasının yeni heyəti açıqlanıb və LaLiqanın yenidən Avropa Liqalarına qoşulması rəsmiləşib. Ümumilikdə Assambleyaya 40 liqanın nümayəndəsi qatılıb.

Tərəflər futbol sənayesinin idarə olunması və təkamülü yönündə ətraflı müzakirələr aparıb, yeni planlar üzərində çalışmaların startının önəmini qeyd ediblər.

Beləliklə prezident və direktorlar şurasının 2025-2029-cu illəri əhatə edəcək fəaliyyəti start götürüb.

Baş Assambleyada Azərbaycan da təmsil olunub. Mötəbər tədbirdə ölkəmiz adına Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov iştirak edib.

Abbasov Avropa Liqalarına daxil olan ölkələrin nümayəndələri ilə ümumi və təkbətək görüşlər keçirərək, fikir mübadilələri aparıb.

Peşəkar Futbol Liqası 2013-cü ildən Avropa Liqalarının tamhüquqlu üzvüdür.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var
16 Sentyabr 00:40 KADİ: “İnanmıram ki...”