Millimizin müdafiəçisi Avropa klubuna transfer olunacaq - YAYDA

8 Mart 2025 01:50 Bizimkilər 998
Millimizin müdafiəçisi Avropa klubuna transfer olunacaq - YAYDA

“Eupen” Zamiq Əliyevdən əl çəkmək niyyətində deyil.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, belçikalılar azərbaycanlı müdafiəçinin keçidini yayda həll etməyi planlaşdırır.

Belə ki, “Eupen” Zamiq üçün məxsus olduğu “Eqnatiya”ya lazım olan təzminatı ödəyəcək. Əslində, Əliyevin Belçika klubuna keçidi qış “transfer pəncərəsi” zamanı baş tutmalı idi.

Liej təmsilçisi Zamiqin özü və “Eqnatiya” ilə razılaşsa da, viza məsələsinə görə transfer reallaşmamışdı. Yayda isə millimizin müdafiəçisinin “Eupen”ə keçidi böyük ehtimalla reallaşacaq.

23 yaşlı futbolçu mövsümün əvvəlində Albaniya klubuna keçib. Onun “Eqnatiya” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu